• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1633
— 01.08.2017 19:40

Aptekə oğurluğa girdiyə peşman oldu

KepezTV Player

Sonrakı peşmanlıq fayda vermir. O da peşman oldu, daha doğrusu peşman etdilər. Paytaxtda mühafizə polisinin çevikliyi nəticəsində cinayətkar elə iş başında yaxalandı. Söhbətin kimdən və nədən getdiyini indi yayımlanacaq materialı izləsəniz anlayacaqsınız.

İyulun 30-u gecə saatlarında Nərimanov Rayon Mühafizə İdarəsi əməkdaşları tərəfindən Heydər Əliyev prospektində xüsusi vasitələrlə qorunan aptekdən Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub. Bundan 40 saniyə sonra Mühafizə İdarəsinin operativ qrupu hadisə yerinə çatıb. Obyektin giriş qapısının sındırıldığı aşkar edilib. Aptekdən oğurluq etməyə cəhd göstərən şəxs qaçmağa cəhd göstərən zaman polislərin çevikliyi sayəsində saxlanılıb və onun üzərindən obyektin dəmir barmaqlıqlarını qırmaq üçün istifadə etdiyi alətlər maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırmalar və müvafiq əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

Vüsalə Camal