• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2216
— 01.08.2017 15:27

“Qarabağ” növbəti mərhələ arzusunda

Bu gün UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək. İlk oyun gününün yeganə qarşılaşmasında Azərbaycan çempionu "Qarabağ" meydana çıxacaq.  


Ağdam təmsilçisi səfərdə Moldovanın “Şerif” klubu ilə qarşılaşacaq. Bakıda keçirilən görüşdə qolsuz heç-heçə qeydə alındığından hər iki komandanın mərhələ keçmək şansı var. “Qarabağ” mərhələni keçəcəyi təqdirdə Azərbaycan futbolunda yeni tarix yazacaq. Çünki indiyədək heç bir klubumuz Çempionlar Liqasının pley-off mərhələsinə yüksələ bilməyib.

Çempionlar Liqası
3-cü təsnifat mərhələsi, cavab oyunu

1 avqust

21:00. “Şerif” (Moldova) – “Qarabağ” (Azərbaycan)
İlk oyun – 0:0
Baş hakim
: Roy Reynşreyber
Tiraspol. “Şerif” stadionu

 

ORXAN CƏFƏRZADƏ