Bakıda mağazalardan birindən külli miqdarda pulla dolu seyf və alətlər oğurlanıb. Hadisə barədə məlumat alan polis dərhal əməliyyata başlayıb və çox keçmədən hadisəni törədən şəxslər müəyyənləşdirilərək saxlanılıblar.
Paytaxt ərazisində yerləşən mağazalardan birindən içində 17350 manat pul olan seyfin, o cümlədən 4000 manat dəyərində təmir-tikinti alətlərinin oğurlandığı barədə Səbail Rayon Polis İdarəsi 41-ci Polis Bölməsinə müraciət olunub. Yaradılan əməliyyat-istintaq qrupu tərəfindən dərhal hadisə yerinə baxış keçirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluq hadisəsinin Bakı şəhər sakini Nizam Cavadzadə, Lənkəran şəhər sakini Muxtar Babazadə və şəxsiyyəti məlum olan daha bir nəfər tərəfindən törədildiyi müəyyən edilib. Görülən zəruri tədbirlər nəticəsində onlar tutulublar. Araşdırmalarla məlum olub ki, dəstə üzvləri oğurluğa Muxtar Babazadənin avtomobili ilə gediblər.
Faktla bağlı Səbail RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Vüsalə Camal
- Baxış: 367