KepezTV Player
Lənkəranda Günəhir kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsinin müavini biçaqlanıb. 40 yaşlı Famin Mirzəyev Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq, əməliyyat olunub. Onu bıçaqlayan Sumqayıt şəhər sakini Amil Caniyev isə polisə könüllü təslim olub. Caniyev ilkin ifadəsində kəndə toy məclisində iştirak etmək üçün gəldiyini, yeyib-içdikdən sonra Famil Mirzəyevlə aralarında mübahisə yarandığını, söz davasının qanla nəticələndiyini bildirib. Faktla bağlı araşdırmalar davam etdirilir.
Vüsalə Camal
- Baxış: 486