KepezTV Player
Dənizdə çimmək arzusu ilə yola düzələn Masallılı gənclərin çatdıqları mənzil başı xəstəxana olub. Yolüstü marketlərdən birindən aldıqları kolbasadan zəhərlənən Həsənli kənd sakinləri, 29 yaşlı Samir Abbasov, 31 yaşlı Elşən Hüseynov və 29 yaşlı Fərid Məhərrəmov Rayon Mərkəzi Xəstəxanasının İnfeksion xəstəliklər şöbəsinə gətiriliblər. Zəhərlənənlərdən birinin vəziyəti ağır, digərlərininki isə orta-ağır qiymətləndirilir. Avtomobillə Ələt-Astara magistralında hərəkət edən gənclərin həyatını isə Baş Dövlət Yol Polisi İdarəsinin Yol patrul xidməti alayının 11-ci tağımının əməkdaşları xilas ediblər.
Vüsalə Camal
- Baxış: 306