• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1794
— 31.07.2017 19:46

Bir ailənin 5 üzvü güllələndi

KepezTV Player

Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi Hacıqabulda baş verən dəhşətli insidentlə bağlı birgə məlumat yayıb. Bu gün səhər saat 6 radələrində Hacıqabul şəhər sakinləri Nazim, Gülbadam, Bibilə və Namiq Qənbərovlar yaşadıqları evdə odlu silahla qətlə yetirilib, ailənin digər üzvü Məmməd Qənbərov isə ağır bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Hadisəni törədən Mübariz Mehtiyev odlu silahdan atəş açaraq intihar edib. Daxil olmuş məlumat əsasında rayon prokurorluğu və Polis Şöbəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, oradan cinayətin aləti olan ov tüfəngi və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar götürülüb, zəruri prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı Hacıqabul rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 - xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə, 120.2.7 - iki və ya daha çox şəxsi qəsdən öldürmə, 29, 120.2.4 - xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd, 29, 120.2.7 - iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd və 228.1-ci - qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və daşıma maddələri ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib. İlkin araşdırmalarla əvvəllər məhkum olunmuş Mübariz Mehtiyevin şəxsi münasibətlər zəminində Məmməd Qənbərovdan qisas almaq niyyətilə onun yaşadığı evə gələrək qoşalüləli ov tüfəngindən atəş açaraq sonuncunu qəsdən öldürməyə cəhd etməsi və ailə üzvlərini qəsdən öldürməsi, sonra isə özünə atəş açaraq intihar etməsi müəyyənləşdirilib. Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

Vüsalə Camal