• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2104
— 31.07.2017 22:30

Gəncədə VAZ-la motosiklet toqquşub, xəsarət alan var

KepezTV Player

Gəncə şəhərində yol qəzası olub. Şah İsmayıl Xətai prospektində şəhər sakini 40 yaşlı Vahid Məlikovun idarə etdiyi motosikleti arxadan gələn “VAZ 2106” markalı avtomobil vurub. Qəza zamanı motosikletin sürücüsü müxtəlif bədən xəsarəti alıb. Yaralıya hadisə yerində tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb. Faktla bağlı araşdırma aparılır.

Elnur Vahidoğlu