Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə reallaşan yarışın əvvəlində açılış mərasimi baş tutub. Rəsmi hissədən sonra isə mübarizələrə start verilib. İdmançılar 50 və 100 metr məsafəyə sərbəst və arxası üstə, 200 metr məsafəyə isə yalnız sərbəst üsulda yarışıblar. Birincilikdə 7-16 yaş arası idmançılar qüvvəsini sınayıb. Yarışda 50-ə yaxın üzgüçü iştirak edib. Sonda mükafatçılar sırasında qərarlaşan idmançılar medal və fəxri fəmanla təltif olunub.
Müşviq Cəfərov - Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi: “Burada əsas məqsədimiz yeniyetmə və gənclərin yay dövründə asudə vaxtlarını düzgün şəkildə təşkil etmək, o cümlədən üzgüçülüyə olan marağı artırmaq və bu yarışda iştirak edən idmançıları belə birinciliklər vasitəsilə peşəkər üzgüçü kimi yetişdikməkdən ibarətdir.”
Orxan Cəfərzadə
- Baxış: 601