• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1697
— 31.07.2017 13:17

Püşk avqustun 2-si atılacaq

Azərbaycan Premyer Liqasında 2017-2018 mövsümünün püşkatma vaxtı açıqlanıb. 

AFFA-nın inzibati binasında reallaşacaq tədbir avqustun 2-də saat 12:00-da başlayacaq. Mərasimə PFL prezidenti və klub nümayəndələri qatılacaqlar.

Qeyd edək ki, ölkə çempionatının yeni mövsümü yenə 8 komandanın iştirakı ilə 4 dövrəlik sistemlə keçiriləcək. Bu komandalar “Qarabağ”, “Qəbələ”, “İnter”, “Zirə”, “Neftçi”, “Sumqayıt”, “Kəpəz” və “Səbail”di.

ORXAN CƏFƏRZADƏ