• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1596
— 31.07.2017 13:23

Avropa kubokundan 6 medalla

Almaniyanın paytaxtı Berlində gənc cüdoçular arasında Avropa kubokuna yekun vurulub. Mötəbər yarışın sonuncu günündə cüdoçularmız daha 2 medal qazanıblar. 100 kq çəki dərcəsində mübarizə aparan Zelim Kotsiyev bütün rəqiblərindən güclü olaraq Berlində növbəti dəfə Azərbaycan bayrağını dalğalandırıb. Digər təmsilçimiz 81 kq-da güləşən Naim Hüseynov bürünc mükafata sahib çıxıb. Ümumilikdə Avropa kubokunda millimiz 3 qızıl 1 gümüş və 2 bürünc medala yiyələnib. 37 ölkədən 513 tatami ustasının qatıldığı yarışda Azərbaycan millisi 20 cüdoçu ilə təmsil olunub.

 

ORXAN CƏFƏRZADƏ