• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 791
— 30.07.2017 21:17

Samuxda avtomobil aşdı sürücü dünyasını dəyişdi

Hadisə Samux-Qarayeri-Kür avtomobil yolunda qeydə alınıb. Rayon istiqamətinə hərəkətdə olan Zaur Rüstəmovun idarə etdiyi “VAZ 2106” markalı minik avtomobili idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Qəza zamanı avtomobildə tək olan sürücü aldığı ağır bədən xəsarətləri nəticəsində hadisə yerindəcə ölüb. 48 yaşlı Zaur Rüstəmovun meyiti müayinə olunduqdan sonra ailəsinə təhvil verilib. Faktla bağlı Samux polisi araşdırma aparır. 

 

Xaliq Qurbanlı