• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1406
— 29.07.2017 14:18

Moldovada "Şerif"lə "Qarabağ" arasında keçiriləcək görüş üçün bütün təyinatlar açıqlanıb

Oyun Roy Raynşrayberin başçılıq etdiyi israilli hakimlər briqadasına tapşırılıb. Ona Amihay Yehoşua Mozes və Dan Uçenik yan xətt, Daniel Bar Natan dördüncü hakim qismində yardımçı olacaqlar.

UEFA nümayəndəsi latviyalı Edqar Pukinsk, hakim-inspektor litvalı Paulius Maljinskasdır.

Qeyd edək ki, avqustun 1-də "Şerif" stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. 

 

ORXAN CƏFƏRZADƏ