• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 734
— 28.07.2017 18:13

116 nəfər xilas olundu: FHN xəbərdarlıq edir

KepezTV Player

 Mövsüm başlayandan bu günədək boğulma təhlükəsi olan 116 nəfər xilas olunub. Fövqəladə hallar nazirliyinin dövlət sularında xilasetmə xidmətindən verilən məlumata görə aparılan maarifləndirmə tədbirləri nəticəsində ilbəil suda boğulma halları azalır.

Mövsüm başlayandan 80 nəfər çimərlik, 36 nəfər isə qeyri-çimərlik ərazilərində boğulmaqdan xilas olunub. Buna baxmayaraq qadağan olunan su hövzələrində suda batma halları var. Bəzi insanlar qadağalara məhəl qoymaraq qeyri-çimərlik ərazilərinə üz tuturlar.

Mövsüm başlayandan dənizkənarı yerlərdə təhlükəsizlik və davranış qaydaları əks olunan 400 –dək maarifləndirici plakat quraşdırılıb.

Bu il vətəndaşların kütləvi axınını nəzərə alaraq çimərliklərə xilasetmə və digər işlər üçün 120-dən artıq mövsümi işçilər qəbul olunub. 

 

Vüsalə Camal