Paytaxtda Nəsimi RPİ-nin əməkdaşları bir neçə gün əvvəl baş vermiş quldurluq cinayətinin üstünü açıblar. Belə ki, Tural Quliyev adlı şəxs Nəsimi RPİ-yə müraciət edərək tanımadığı insanların iyulun 17-də onun 170 manat pulunu və 2 ədəd mobil telefonunu quldurluq yolu ilə əlindən aldıqları barədə məlumat verib. 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayəti törətməkdə şübhəli biliən Sabirabad rayon sakini Röyal Şibliyev, Biləsuvar sakini, əvvəllər məhkum olunmuş Elməddin Əhmədov və Salyan rayon sakini, əvvəllər məhkum olunmuş Mirheydər Kərimov saxlanılıb. Onlar istintaqa ifadələri zamanı əməllərini etiraf ediblər. Saxlanılan şəxslərin oxşar cinayətlərdə iştirakları istisna edilmir. Faktla bağlı araşdırmalar davam etdirilir.
Vüsalə Camal
- Baxış: 447