Başqasının malına göz dikdilər, özlərindən zəif sandıqlarını soymaqla asan pul qazanmaq istədilər, amma qanunun gücünü unutdular. Nəticə isə hər ikisi üçün hüsran oldu. İndi söhbətin kimlərdən getdiyini biləcəksiniz.
Yasamal Rayon Polis İdarəsinə müraciət edən bir nəfər qadın Nərimanov parkında naməlum şəxsin ona hücum edərək, içərisində 300 manat pul, mobil telefon, bankomat kartları və açar olan çantasını əlindən alaraq qaçdığını bildirib. Yaradılan əməliyyat-istintaq qrupu tərəfindən həyata keçirilən təxirasalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən şəxsləri isti izlərlə saxlamaq mümkün olub.
Faktla bağlı Yasamal RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Vüsalə Camal
- Baxış: 423