• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 987
— 28.07.2017 18:33

Bir nəfər yaralandı, 3 avtomobil yararsız hala düşdü

KepezTV Player

Bakıda xəsarətlə nəticələnən zəncirvari qəza baş verib. Hadisə Sabunçu rayonunda qeydə alınıb. Kürdəxanı qəsəbəsində "Mercedes" markalı avtomobilin sürücüsü idarəetməni itirərək, maşını yol kənarında dayanan "Vaz 21 07" və "Daewoo" markalı avtomobillərə çırpıb. Zərbə o qədər güclü olub ki, "Vaz 2107"-nin önündə dayanan sürücüsü 53 yaşlı Səxavət Səfərov xəsarət alıb. Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Hər üç avtomobil yararsız hala düşüb. Qəzanı törədən sürücü saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

 

Vüsalə Camal