Gəncədə "İnsan Alverinə Qarşı Dünya Mübarizə Günü" münasibətilə tədbir keçirilib. Daxili İşlər Nazirliyi, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi, Beynəlxalq Miqrasiya Təşkilatının birgə təşkilatçılığı ilə baş tutan tədbirdə köləlikdən əziyyət çəkən insanlardan, onların xilas olunmasında vətəndaş cəmiyyətinin rolundan danışılıb. Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi ilə BMT-nin Miqrasiya Agentliyi arasında insan alveri ilə mübarizə sahəsində müştərək səyləri səfərbər etmək məqsədilə birgə bəyannamə imzalanıb.
Rendol Olson - USAID Azərbaycan Nümayəndəliyinin icraçı direktoru: “Dünyada faktiki olaraq 20 milyon insan köləlikdən əziyyət çəkir. Səylərimiz insan alveri ilə mübarizə aparılmasından ibarətdir. Amma bununla yanaşı insan alverinin qurbanı olan şəxslərə qarşı iqtisadi imkanların yaradılmasında da maraqlıyıq ki, istər uşaq, istər qadın, istərsə də kişilər insan alverinin qurbanına çevrilməsin”.
Heydər Heydərov - DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi : “Bu qurum yaradılandan, 2005-ci ildən indiyə qədər 786 insan alveri qurbanı tərəfimizdən müəyyən edilib. Onların cəmiyyətə reabilitasiyası tərəfimizdən təmin edilib. Qurbanların sayında qismən də olsa azalma var”.
Xəyalə Mürsəl
- Baxış: 635