• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1771
— 28.07.2017 15:39

UEFA Avropa Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyununa çıxan “Qəbələ” səfərdən məğlub dönür.

Turnirdə yeganə təmsilçimiz olan əyalət təmsilçisi qitənin ikinci klub turnirində səfərdə Yunanıstanın “Panatinaikos” klubu ilə qarşılaşıb.


Görüşün taleyini bir qol həll edib. Birinci hissədə penalti zərbəsini dəqiq yerinə yetirən yunanlar 1:0 hesablı qələbə qazanıblar. 


Avropa Liqası

III təsnifat mərhələsi, ilk oyun

27 iyul

“Panatinaikos” (Yunanıstan) – “Qəbələ” (Azərbaycan) - 1:0 
Qol Qilyerme Molins, 36-pen
Baş hakim: Xuan Martinez Munuera (İspaniya)
Afina. “Apostolos Nikolaidis” stadionu

 

ORXAN CƏFƏRZADƏ