• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 765
— 28.07.2017 14:35

Gəncədə Turab Bayramovun xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə yeniyetmələr arasında turnir keçirilib

KepezTV Player

Yarış 1 saylı Uşaq Gənclər İdman Məktəbinin təşkilatçılığı ilə baş tutub. Yerli Olimpiya İdman Kompleksində reallaşan yarışın əvvəli açılış mərasimi ilə əlamətdar olub. Rəsmi hissədə Gəncənin ölkəmizdə güləş ənənəsi olan şəhər kimi tanındığı və burada bir sıra bacarıqlı pəhləvanların yetişdiyi vurğulanıb. Belə idmançıların tanınmasında Turab Bayramovun da rolunun böyük olduğu diqqətə çatdırılıb. Rəsmi hissənin ardından mübarizələr başlayıb. 2 yaş qrupunda – 2005-2006 və 2007-2008-ci il təvəllüdlü güləşçilərin yarışında 150-dən çox idmançı iştirak edib. 

Rauf Xəlilov – məşqçi: “Turab müəllim bizim üçün əziz bir insan olub. Birlikdə məşq keçmişik. SSRİ idman ustasıdı. Hazırda da onun yetirmələri güləşlə məşğuldular. Biz istəyirik ki, gələcəkdə bu yarışı hər il ənənəvi olaraq təşkil edək. Bu gün turnir yeniyetmələr arasında keçirilir. Sonrakı illərdə turniri gənclər arasında da keçirib daha nüfuzlu hal almasını arzu edirik.”

Turnirdə Gəncənin bütün idman məktəblərinin güləşçiləriylə yanaşı, Bakı, Ağstafa, Şəmkir, Goranboy, Yevlax, Bərdə, Füzuli və Beyləqan təmsilçiləri də xalça üzərinə çıxıb.

Riad Xəlilov - güləşçi: “Bu yarış güclü yarışdır. Bir çox rayonların güləşçiləri də burada iştirak edir. Biz bu turnirə yaxşı hazırlaşmışıq. Buna görə də qalib olmaq istəyirik.”

İsmayıl Əsədli - güləşçi: “İstəyirik ki, belə yarışlar tez-tez keçirilsin və təcrübəmiz artsın.”

Yarışında sonunda yer tutan komandalar medal, diplom, kubok, həmçinin güləş trikoları ilə mükafatlandırılıb. 

 

Orxan Cəfərzadə