• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2088
— 28.07.2017 15:15

Ağstafada ərlə arvadın mübahisəsi qanla bitib

KepezTV Player

Ağstafa rayonunun Qırılı kəndində qətl hadisəsi baş verib.  Kənd sakini, 39 yaşlı Arzu Namazov ailə münaqişəsi zəminində həyat yoldaşı, 35 yaşlı Xəyalə Şahbazovanı bıçaqlayaraq öldürüb. Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində qətli törədən Arzu Namazov isti izlərlə saxlanılıb. İlkin məlumata görə, ailənin iki övladı var. Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Qətlin təfərrüatları araşdırılır.

 

Natiq Hüseyn