• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2272
— 27.07.2017 18:46

Broyler fabrikində partlayış: ölən və xəsarət alanlar var

KepezTV Player

Hadisə Lerik rayonunun Piran kəndi ərazisində bu broiler fabrikinin kəsim sexində baş verib. Nəticədə iki nəfər yaralanıb, bir nəfər isə dünyasını dəyişib.

Mərhum Piran kənd sakini, 35 yaşlı Valeh Oruc oğlu Məmmədovdur. Digər iki nəfər isə 39 yaşlı Mehman Ağamir oğlu Əliyev və 42 yaşlı Akif Oruc oğlu Aslanov ağır bədən xəsarətləri alıblar. Onlardan biri Lənkəran Rayon Mərkəzi Xəstəxanasına, digər biri isə Lerik Rayon Mərkəzi Xəstaxanasına çatdırılıb. Hadisə şahidlərinin sözlərinə görə partlayış səhər saatlarına baş verib.

Broyler fabrikində baş verən partlayışın artıq ilkin səbəbi məlum olub. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisəyə qaz sızması səbəb olub. Broyler fabrikinin işçiləri qazanxananı işə salmaq istəyərkən güclü təzyiq nəticəsində qazanxananın qapağı yerindən çıxaraq işçililərə dəyib. Faktla bağlı araşdırmalar davam etdirilir.
 

 

Vüsalə Camal