Turnirdə yeganə təmsilçimiz olan “Qəbələ” də növbəti matçına çıxacaq. Roman Qirqorçukun komandası səfərdə Yunanıstanın “Panatinaikos” klubu ilə qarşılaşacaq.
Xatırladaq ki, “Qəbələ” 2015/2016 mövsümündə Avroliqanın pley-off mərhələsində də bu komandaya rəqib olmuşdu. Bakıda keçirilən ilk oyunda qolsuz heç-heçə edən təmsilçimiz Afinadakı görüşdə Dodonun qolları sayəsində 2:2 hesablı nəticə ilə qrup mərhələsinə vəsiqə qazanmışdı.
Avropa Liqası
III təsnifat mərhələsi, ilk oyun
27 iyul
22:30. “Panatinaikos” (Yunanıstan) – “Qəbələ” (Azərbaycan)
Baş hakim: Xuan Martinez Munuera (İspaniya)
Baş hakimin köməkçiləri: Dieqo Barbero Sevilya, Sezar Manuel Noval Font (hər ikisi İspaniya)
Dördüncü hakim: Mario Melero Lopez (İspaniya)
Afina. “Apostolos Nikolaidis” stadionu
ORXAN CƏFƏRZADƏ
- Baxış: 330