Kiminsə sağlamlıq hüququnu əlindən almaq, canına qəsdə cəhd etmək. Bu qəzəbli də olsa bir insana yaraşacaq ən sonuncu əməldir. Çox təəssüf ki, hirsinə-hikkəsinə yenə sahib çıxa bilməyib, yaradılışına yaraşmayana əl atan tapılıb. Nəticədə səhəri evində qarşılayan Abşeron sakini gecəni xəstəxanada keçirməli olur.
Qanlı hadisə Abşeron rayonu Xırdalan şəhərində qeydə alınıb. Masazır qəsəbəsində yaşayan 36 yaşlı Vasif Hüseynbalayevə evdə olarkən tanımadığı şəxsdən zəng gəlib. Bundan sonra o, həmin insanla Xırdalan şəhəri, 28-ci məhəllədə görüşüb. Aralarında mübahisə yaranıb, nəticədə Vasif Hüseynbalayev bıçaqlanıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb
Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.
Vüsalə Camal
- Baxış: 383