• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1978
— 26.07.2017 18:38

7 yaşlı oğlanı maşın vurdu

KepezTV Player

Daha bir yol-nəqliyyat hadisəsi Sabunçu rayonunda olub. Rayonun Maştağa Qəsəbəsi Kirov dairəsi adlanan ərazidə "Niva" markalı avtomobil yolu keçən 7 yaşlı Məmmədov Ayxan Xəyal oğlunu vurub. Hadisəni törədən sürücü xəsarət alan uşağı yaxınlıqdakı xəstəxanaya çatdırıb. Həkimlər azyaşlının vəziyyətini orta ağır qiymətləndirirlər. Sabunçu rayon polis idarəsində hadisəni törədən sürücünün ifadəsi alınıb. Avtomobili isə cərimə meydançasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Vüsalə Camal