• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1546
— 26.07.2017 16:13

Macarıstanda yeniyetmələrin 14-cü Avropa Olimpiya festivalına start verilib.

Festivalın üçüncü günündə cüdo üzrə qızlar arasında Vüsalə Kərimova 40 kq çəki dərəcəsində gümüş medala sahib olub.

Kərimova yalnız finalda uduzaraq gümüş medal qazanıb. Fransa və Rusiya idmançılarına qalib gələn təmsilçimiz həlledici qarşılaşmada Belçika cüdoçusuna uduzub.

Yığma komandamız festivala 41 idmançı ilə  qatılıb ki,onlardan 10-u atletika, 3-ü tennis, 4-ü üzgüçülük, 4-ü gimnastika, 6-sı velosiped,  12-si cüdo və 2-si kanoe idman növlərində mübarizə aparacaq.

 

ORXAN CƏFƏRZADƏ