• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1295
— 25.07.2017 19:23

Çətənə kolları yığılaraq yandırıldı

KepezTV Player

Göygöldə yabanı halda bitən narkotik tərkibli bitkilər aşkarlanıb. Polis əməkdaşları tərəfindən ümumilikdə yarım tona yaxın çətənə məhv edilib.

Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən kompleks yoxlama və əməliyyat-axtarış tədbirləri nəticəsində Topalhəsənli kəndi ərazisində torpaq sahələrindən narkotik xassəli çətənə kolları aşkar olunub. Yabanı şəkildə bitən ümumi çəkisi 497 kiloqram olan 1132 ədəd çətənə kolu yığılıb və yandırılma yolu ilə məhv edilib.

Göygöl polisi bu istiqamətdə tədbirləri davam etdirir. Yabanı halda bitən narkotik xassəli bitkilərin ayrı-ayrı cinayətkar ünsürlərin əlinə keçmədən yerinin müəyyən olunaraq məhv edilməsində polis əməkdaşlarına vətəndaşlar da yaxından kömək göstərməlidirlər. Belə narkotik tərkibli kolların yeri haqqında məlumatı olan şəxslər bu barədə yaxınlıqdakı polis orqanlarına və ya DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.

 

Vüsalə Camal