• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1124
— 25.07.2017 19:42

Traktoru evinin yanında saxladığına görə qonşusunu güllələdi

KepezTV Player

Oğuzda 2 qonşu arasında yaranan mübahisə güllələnmə ilə nəticələnib. Şahidlərin sözlərinə görə, Laçın İsayevin traktoru Ramin Nazarovun evinin yaxınlığında saxlaması ikincinin xoşuna gəlməyib və Ramin qonşusu Laçına atəş açıb. Xəsarət alan şəxs ilk öncə Oğuz RMX-na, daha sonra Şəki RMX-yə çatdırılıb. Boyunun ön səthində güllə yarası ilə şok vəziyəttində xəstəxanaya daxil olan yaralı dərhal əməliyyat edilib və vəziyəti ağır qiymətləndirilir. Hadisənin dəqiq səbəbləri aparılan araşdırmalardan sonra bəlli olacaq.

 

Vüsalə Camal