• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1812
— 25.07.2017 21:14

Tovuzda “QAZel” aşdı, ana ilə oğlu yaralandı

Tovuzda yol qəzası baş verib. Əyyublu kəndi ərazisində “QAZel” markalı avtomobilin sürücüsü idarəetməni itirib, nəticədə maşın yoldan çıxaraq dərəyə aşıb. “QAZel”də olan Əyyublu kənd sakini, 28 yaşlı Gülnarə Məmmədova və onun 9 yaşlı oğlu Yamin müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri normal qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

 

Vüsalə Camal