• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1872
— 25.07.2017 17:21

Şəmkirdə qanunsuz sərnişin daşıyanlar cərimələnib

KepezTV Player

Baş verən qəzalar, yazılan protokollar və tutulan iradlar bəzi sürücülər üçün hələ də dərs olmur. Artıq bir neçə gündür gecə saatlarında magistral yollarda sərnişin daşılyan avtobus və mikroavtobusların istifadəsinə qadağa qoyulsa da bəzi sükan sahibləri buna məhəl qoymurlar. Sürücüləri intizama cəlb edib sərnişinləri mənzil başına təhülkəsiz çatdırmaq üçün yol polisi ilə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin müffətişləri reydləri davam etdirir. Növbəti gecə reydi Şəmkirdə təşkil olunub.

Sərnişinlərlə yol polisi arasında yaranan narazılığa sürücünün avtomobilin konstruksiyasına qanunsuz dəyişiklik etməsi və cədvəldən kənar xəttə çıxması səbəb olub. Vətəndaşlar paytaxta çatmaq üçün tələsikdələrini, yol polisi isə təhlükəsizlik qaydalarına əməl etməyin vacibliyini aşılmağa çalışır.

Aqil Məmmədov - BDYPİ-nin YPXA-nın 9-cu tağımın komandri: “Baş verə biləcək yol nəqliyyat hadisələrinin qarşısını almaq məqsədi ilə Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyi tərəfindən gecə saat 00:00 dan səhər saat 05:00 dək sərnişin və yük daşıyan nəqliyyat vasitələrinin istismarı qadağan edilir. Odur ki bu qaydalara bütün sürücülərin əməl etməsi vacibdir”.

Reyd zamanı özünü və sərnişinlərin həyatını təhülkəyə ataraq yol polisinin saxla işarəsinə məhəl qoymayanlar da olub. Məcburi qaydada nəqliyyat vasitəsi saxladılan sürücülər müxtəlif bəhanələrlə özlərinə haqq qazandırmağa çalışıblar.

Əli Əliyarov - DANX-nin Gəncə Regional Şöbəsinin rəisi: “Sərnişin daşımada iştirak edən bir neçə mikroavtobus sürücüsünün müvafiq kateqoriyası olmadığı üçün daşınmalardan kənarlaşdırıldı. Yük daşıma üçün nəzərdə tutulan nəqliyyat vasitəsinə əlavə avadanlıq quraşdıraraq sərnişin daşımada istifadə olunduğuda üzə çıxdı. Belə nəqliyyat vasitələri yol patrul xidməti əməkdaşları tərəfindən çərimə meydançalarına yerləşdirildi”. 

Yol polisi Nəqliyyat müffətişləri ilə qarşıdakı günlərdə də kütləvi reydləri davam etdirəcək.

Natiq Hüseyn