• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1459
— 24.07.2017 18:22

Bir gündə iki yanğın oldu

Şəki ərazisində isə iki yanğın hadisəsi qeydə alınıb. İlk yanğın Əzizbəyov küçəsində baş verib. Sahəsi 30 kvadratmetr olan məişət tullantıları atılan yer qəfildən alışıb. Əraziyə dərhal Şəki DYMH-nin bir avtomobili və canlı qüvvəsi cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində alovun yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb. Digər hadisə isə Şəkinin Daşüz kəndində biçilmiş taxıl, quru ot və kol-kos olan sahədə baş verib. Təxminən 3 hektar ərazi yanıb. Yanğınsöndürənlərin müdaxiləsilə alovun genişlənməsinin qarşısı alınıb.

Vüsalə Camal