• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2379
— 24.07.2017 18:52

Bazarda baş verən yanğın sahibkarlara ciddi ziyan vurdu

KepezTV Player

Xaçmazın mərkəzi bazarında yanğın olub. Hadisə nəticəsində 200 kv.metrdən çox ərazi külə dönüb. Mağaza sahiblərinə ciddi ziyan dəyib. Yanğının təfərrüatlarını sıradakı materialdan biləcəksiz.

Xaçmaz şəhərindəki mərkəzi bazarda yanğın olub. Hadisə gecə saatlarında baş verib. Zərərçəkənlər hadisənin yaxınlıqdakı məişət tullantılarının yandırılması nəticəsində baş verdiyini bildirirlər. Həmin tullantılardan başlayan yanğın əvvləlcə ticarət köşklərinə, oradan isə qarşıdakı mağazalara keçib.

Yanğın zamanı Mərkəzi bazarın qarşısında vətəndaşlara məxsus bir-birinə bitişik tikilən ümumi sahəsi 242 m2 olan 4 mağazanın yanar konstruksiyaları 170 m2 sahədə yanıb. Mağaza sahiblərinə ciddi zərər dəyib.

Hadisə yerinə FHN-nin Xaçmaz DYMH-nin 3 yanğınsöndürən maşını cəlb olunub. Ərazidəki bitişik mağazalar və bazar yanğından mühafizə edilib.Yanğının dəqiq baş vermə səbəbləri araşdırmaların sonunda məlum olacaq.

 

Vüsalə Camal