• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 988
— 24.07.2017 18:45

Həyat yoldaşını öldürüb uşaqlarına ağır xəsarət yetirən kişi intihar etdi

KepezTV Player

Bərdədə dəhşətli qətl hadisəsi törədilib. Hadisə gecə 3 radələrində rayonun Hacallı kəndində baş verib. Həyat yoldaşını öldürən və övladlarına ağır xəsarət yetirən kişi özünü asıb.

Bərdə sakini 49 yaşlı Saday Əliyev həyat yoldaşı Gülbəniz Mehdiyevanın başından "kuvalda" ilə vuraraq, öldürüb, 21 yaşlı qızı Məleykə Əliyeva və 14 yaşlı oğlu Murad Əliyevə isə küt alətlə ağır xəsarətlər yetirib. Hadisəni törədən Saday Əliyev daha sonra özünü eyvanın tavanından asaraq, intihar edib. Yaralılar qonşuların köməkliyi ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Lakin onların vəziyyətləri ağır olduğundan, Gəncədəki xəstəxanaya köçürülüblər.

Yaxınlarının bildirdiyinə görə, hadisədən əvvəl ailədə hər hansı münaqişə baş verməyib. Saday Əliyevin son vaxtlar psixoloji problemlərlə üzləşdiyi, elə buna görə də müalicə aldığı bildirilir. Hadisənin səbəbləri Bərdə rayon prokurorluğunda araşdırılır.

 

Vüsalə Camal