• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1782
— 24.07.2017 18:05

20 yaşlı fəhlə hündürlükdən yıxıldı

Gəncədə tikintidə qəza baş verib. Hadisə Gülüstan qəsəbəsində yol kənarında aparılan tikintidə qeydə alınıb. Orada fəhlə işləyən, şəhərin Yeni Gəncə qəsəbə sakini 20 yaşlı Nicat Məmmədov hündürlükdən yıxılaraq xəsarət alıb. Yaralı Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardımdan sonra zərərçəkən ambulator müalicəyə göndərilib.

 

Elnur Vahidoğlu