• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2338
— 24.07.2017 12:06

Şəmkirdə yaxın qohumlar zəhərlənərək xəstəxanalıq olublar

KepezTV Player

Şəmkir sakinlərinin kef məclisi sözün əsl mənasında başlarına bəla olub. Müxtəlif məhsullarla qidalanıb sərinləşdirici içkilər qəbul edənlər sonda zəhərlənərək xəstəxanalıq olublar. Hadisə Kür qıarğında yerləşən restoranlardan birində baş verib.

Ötən gün Şəmkir rayonunda kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb. Zəhərlənən şəxslərin hamısı rayon sakinləri olub. Onlar əvvəlcə Şəmkir Mərkəzi Rayon Xəstəxanasının Yoluxucu xəstəliklər, oradan isə həkimlərin tövsiyəsi ilə Reanimasiya şöbəsinə yerləşdiriliblər. Növbətçi həkim Füzuli Zeynalovun sözlərinə görə, xəstələr şöbəyə daxil olarkən onlarda kəskin qusma və digər zəhərlənmə əlamətləri müşahidə olunub.

Füzuli Zeynalov- həkim: “Şöbəmizə altı  nəfər xəstə daxil olub. Daxil olarkən xəstələrdə epiqastral nahiyyəlrədə kəskin ağrılar öyümə kusma diareya halı müşahidə olunub. Burada xəstələr ümumi müyainədən keçirildi. Xəstələrin hər birini reanimasion yardımlar göstərildi”.

Təcli və təxirəsalınmaz tibbi yardımdan sonra  zəhərlənən şəxslər yenidən Yoluxucu xəstəliklər şöbəsinə göndəriliblər. Onlardan biri 82 yaşlı Raya Əliyevanın vəziyyəti ağır olduğundan Gəncə şəhərində faəliyyət göstərən ixtisaslaşdırılmış xəstəxanalardan birinə aparılıb. Növbətçi həkim deyir ki, xəstələr bir yerdə qida qəbul etdikdən sonra zəhərlənmənin əlamətləri müşahidə olunmağa başlayıb.

Füzuli Zeynalov- həkim: “Nəticələri araşdıranda məlum oldu ki, bu kəskin qida toksiya infeksiyasıdır. Xəstələrin hamısı yaxın qohumluq əlaqələri olan şəxslər olub. Bir yerdə nahar etdikdən sonra onlarda kəskin mədə ağrıları öymə kusma və digər əlamətlər müşahidə olumağa başlayıb. Xəstələr əvvəl infeksion şöbəyə daxil olub. Ancaq orada xəstə çox olduğundan mən əlaqə saxlayıb bura göndərdilər”.

Qeyd edək ki, hadisə Şəmkirin Kür qəsəbəsində Kürqırağı ərazidə fəaliyyət göstərən restoranların birində baş verib. Hazırda yerli hüquq-mühafizə orqanları aidiyyəti strukturlarla birlikdə kütləvi zəhrələnmənin motivini araşdırır.

 

Elton Cabbarlı