• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 894
— 21.07.2017 22:43

Gül oğrusu saxlanıldı

KepezTV Player

Sumqayıtda güllərə qənim kəsilən şəxs ifşa olunub. Şəhər Polis İdarəsinin 1-ci polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində, Corat qəsəbəsi, ev 166-da yaşayan 51 yaşlı Sabir Sadiqov saxlanılıb. Əvvəllər də məhkumluq həyatı yaşayan Sadiqov şəhərin estetik görünüşü üçün əkilən gülləri kökündən çıxararaq satırmış. O ilkin ifadəsində, hadisəni gecə saatlarında törətdiyini və əməlindən peşman olduğunu deyib. Faktla bağlı Sumqayıt şəhər polis idarəsində özgənin əmlakını talama və ziyan vurma maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.