• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1062
— 21.07.2017 21:02

Avtomobillər toqquşdu, 4 nəfər yaralandı

KepezTV Player

Tovuz rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, “VAZ” və “Mercedes” markalı avtomobillər toqquşub. Hadisə zamanı xəsarət alan Tovuz rayonun Aşağı Öysüzlü kənd sakinləri, 24 yaşlı Sərxan Qasımov, 42 yaşlı Etibar Mehdiyev, Gəncə şəhər sakini, 35 yaşlı Elyar Tağıyev və Göygöl şəhər sakini, 21 yaşlı Ruslan Cəlilov Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib. Vəziyyətlərinin normal olduğu bildirilir.Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.