• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1779
— 22.07.2017 00:47

Gəncədə yolu keçən 3 nəfəri maşın vurub

KepezTV Player

Gəncədə yenə də ana və övladını maşın vurub. Şah İsmayıl Xətai prospektində yolu keçən 38 yaşlı Nəzakət Əsgərova və qızı 15 yaşlı Turanə Əsgərovanı sürücüsü hələlik məlum olmayan “VAZ 21015” markalı avtomobil vurub. Yaralılar ilkin olaraq Abbas Səhhət adına şəhər xəstəxanasına, daha sonra Gəncə şəhər TTYX-na gətiriliblər. Yeniyetməyə ilkin tibbi yardımdan sonra ambulator müalicə təyin olunsa da təpə nayihəsinin sıyrılmış yarası və sol çiyin oynağının əzniyi diaqnozu qoyulan ananın müalicəsi xəstəxanada davam edir.