• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1319
— 20.07.2017 13:25

Göygöl rayonunda altı ay ərzində iqtisadi göstəricilər artıb

KepezTV Player

Göygöldə 2017-ci ilin birinci yarısının yekunları müzakirə edilib. Ümumdaxili məhsul istehsalının 64 milyon manatı ötdüyü, 8 iş adamına 100 min manatdan çox güzəştli kredit verildiyi hesabat dövründə 600-ü daimi olmaqla, 690 yeni iş yeri yaradılıb. Cari ilin mövsümü üçün 9 min hektar sahədə payızlıq və yazlıq səpin aparılıb. 2500 hektar taxıl sahəsi biçilib. 6 min tona yaxın taxıl tədarük olunub. Şəmkirçay Dəryaçasının istifadəyə verilməsi ilə rayonda 4 min hektar sahəni əkin dövriyyəsinə qatmaq mümkün olub. Rayonun Üçtəpə və Xasabağ kəndlərində tikilən yeni təhsil ocaqlarında son tamamlama işləri görülür. Turizm mövsümü ilə əlaqədər Göygöl-Taoğanalı avtomobil yolunda təmir işləri aparılır. Yığıncaqda təhsil, səhiyyə və mədəniyyət sahəsində mövcud vəziyyət də müzakirə olunub. Nöqsanların aradan qaldırılması üçün aidiyyatı struktur rəhbərlərinə tapşırıqlar verilib.

Natiq Hüseyn