Samux rayonunda əvvəlki illərlə müqayisədə 2017-ci ilin birinc yarısında sənayedə 17, kənd təsərrüfatında 14 faiz artım olub. Sahibkarlığın inkişafı naminə 16 layihənin maliyyələşdirilməsinə 440 min manat güzəştli kredit ayrılıb. 6 ay ərzində 798-i daimi olmaqla 7271 yeni iş yeri yaradılıb. Samuxda cari ilin 1-ci yarısının yekunlarının müzakirə edildiyi hesabat iclasında əsas diqqət kənd təsərrüfatında məhsuldarlığın artırılması və Şəmkirçay Su anbarının istifadəyə yönəldilib. Eləcə də ölkə prezidentinin sərəncamı ilə Samux-Füzuli-Lək-Əlibayramlı-Qarabağlılar-Çobanabdallı dairəvi yolunun inşasının başa çatdığı, rayon mərkəzində və kəndlərdə çoxmərtəbəli binaların dam örtüyü yeniləndiyi də vurğulanıb. Cari ildə 2 kənddə yeni məktəb binaları inşa edilib, daha 2 məktəb üçün tədris korpuslarının tikintisi planlaşdırılır. Yığıncaqda yay mövsümündə əkin sahələrində suvarmanın yaxşılaşdırılması, yerlərdə mövcud nöqsanların vaxtında aradan qaldırılması əsas məqsəd kimi qarşıya qoyulub.
Natiq Hüseyn
- Baxış: 451