• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1364
— 18.07.2017 22:42

Yol qəzaları ölüm və xəsarətlə nəticələndi

KepezTV Player

Günümüzün xəbərinə çevrilən qaçılmaz qəzalar Bakı və Balakəndə də yaşanıb... Canından olan da var, yarımcan olan da.Yaşlı qadının həyatına avtomobil son qoydu. Hadisə paytaxtın Xəzər rayonunda qeydə alınıb. Firuz Orucov Mərdəkan qəsəbəsində idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçmək istəyən yaşlı qadını vurub. Qadın aldığı xəsarətlərdən hadisə yerində keçinib. Sürücü Xəzər Rayon Polis İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. Nəqliyyat vasitəsi cərimə meydançasına aparılıb.Balakəndə isə 12 yaşlı yeniyetməni velosiped sürərkən maşın vurub. rayon sakini İbrahim Gəncəyev Meşəşanbul kəndində idarə etdiyi “Niva” markalı avtomobili ilə hərəkətdə olarkən qəfildən velosipedi ilə maşının qarşısına çıxan həmkəndlisi Şamil Hümbətovu vurub. Müxtəlif bədən xəsarətləri alan velosipedçi Balakən Mərkəzi Rayon Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Ona sol bud sümüyünün qəlpəli sınığı dioqnozu qoyulub, ilkin yardım olunub. Vəziyyəti kafidir.Faktlarla bağlı araşdırmalar aparılır.