Elm adamları Qərb bölgəsində olub - heyvandarlığın inkişafına dəstək üçün. Baytarlıq Elmi Tədqiqat İnstitunun əməkdaşlarının seminarı zamanı fermerləri maraqlandıran məsələlər müzakirə edilib.
Bir qrup alim Göygöl rayonunda heyvandarlıq təsərrüfatlarına baxış keçiriblər.Daha sonra rayonda fəaliyyət göstərən 30 dan çox fermer Baytarlıq Elmi Tədqiqat İnstitutu, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi, Dövlət Baytarlıq Nəzarəti xidmətinin əməkdaşlarının seminarına qatılıb.
Səhman Bayramov Baytarlıq ETİ-nin direktor müavini:Əsas məqsədimiz regionlarda heyvandarlığın inkişafı, infeksion və invazyon xəstəliklərdən qorunması, xəstəlikjlərin vaxtında aşkarlanmasıdır ki, buna dair elmi-praktik seminar keçirik
Mütəxəssislər yerli heyvanların cins mal qarayla əvəz olunması, süni mayalanma yolu ilə bala alınması, yem bazasının möhkəmləndirilməsinə dair məsləhətlər veriblər. Daha əvvəl Xaçmaz, Quba və Masallıda təşkil edilən seminarlar digər rayonları da əhatə edəcək. Məqsəd Ərzaq Təhülkəsizliyi proqramının uğurlu icrasına nail olmaqdır.
- Baxış: 1374