• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2198
— 18.07.2017 17:21

Mədəniyyət və turizm naziri Şəmkirdə qəbul keçirib

KepezTV Player

Yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyəti, tarixi-mədəni abidələrin təmir-bərpası, bölgələrdə turizmin təşviqi və digər məsələlərlə bağlı müraciətlər bu gün Şəmkirdə Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə ünvanlanıb. Qərb bölgəsinin 7 rayonundan qəbula gələn 30-dan artıq vətəndaşın eləcə də regionda turizmin inkişaf etdirilməsi ilə bağlı təklifləri də nəzərdən keçiriləcək. Nazirin sədrliyi ilə keçirilən müşavirədə isə Regional mədəniyyət və turizm idarələrinin fəaliyyəti müzakirə olunub. Əbülfəs Qarayev bütün regional mədəniyyət və turizm idarələrinin nəzdində turizm informasiya mərkəzləri yaradılmalı olduğunu və Bakı Turizm İnformasiya Mərkəzi ilə koordinasiyalı şəkildə fəaliyyət göstərməsinin vacibliyini vurğulayıb.