• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 982
— 18.07.2017 15:01

Samuxlular ordumuzun gücünə güvənir

KepezTV Player

Samux rayonunda ordu sıralarından tərxis olunan gənclərlə görüş keçirilib.  Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, dahi şəxsiyyətin adını daşıyan mərkəzlə tanış lıqdan sonra baş tutan mərasimdə, dövlət müstəqilliyinin qorunmasında, gənclərin hərtərəfli formalaşmasında hərbi xidmətin əhəmiyyətindən söz açılıb, ölkənin müdafiəsinin təminində Azərbaycan Ordusunun müstəsna rolundan danışılıb. Aprel döyüşlərinə toxunulan tədbirdə erməni təxribatının qarısının hərbçilərimiz tərəfindən qətiyyətlə alındığı, düşmənə sarsıdıcı zərbə endirildiyi, torpaqlarımızın bir qisminin azad edildiyinə diqqət çəkilib. Ordudan təxris olunanlara hərbi bilet və hədiyyələr verildikdən sonra konsert proqramı təqdim olunub.  

Natiq Hüseyn