• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1283
— 17.07.2017 19:39

30 yaşlı kişi evinin önündə öldürüldü

KepezTV Player

Paytaxtın Suraxanı rayonunda qanlı hadisə baş verib. Bülbülə qəsəbəsində yaşayan 30 yaşlı Vasif  Əhmədov evdə olarkən hələlik istintaqa məlum olmayan bir nəfər onu küçəyə çağırıb. Naməlum şəxs mübahisə zamanı Vasif Əhmədova ürək nahiyəsindən bıçaq zərbəsi endirərək hadisə yerindən uzaqlaşıb. Yaralı yaxınları tərəfindən xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Mərhumun dayısı Rizvan Əflatunovun sözlərinə görə, qətli törədən şəxsin görüntüləri yaxınlıqdakı kameralara da düşüb.  Mərhumun atası Şirməmməd Əhmədov bildirib ki, oğlunun bu günədək heç kimlə ədavəti olmayıb. Suraxanı Rayon Prokrorluğunda hadisəylə bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.