9-cu turda Teymur Rəcəbov qara fiqurlarla rusiyalı Yan Nepomnyaşşi ilə qarşılaşıb. Bu görüş heç-heçə bitib. Yarışın axırına doğru şəriksiz lider olan həmyerlimiz sonda 6 xalla qalib olub.
Digər qrossmeysterimiz Şəhriyar Məmmədyarov ağ fiqurlarla çinli Li Çaonu ilə xalları yarıya bölüb. Cari mövsüm 1 kərə mükafat yarışında çempion, digərində 2-ci olmuş Məmmədyarov bu dəfə 5 xalla 4-cü yeri tutub.
Yarışda Teymur 20 min avro, Şəhriyar isə 11 min avro mükafata sahib olub.
FİDE Qran-Prisi 4 seriyadan ibarətdir. 24 şahmatçı bunların yalnız 3-də çıxış edir. Artıq 3 seriya başa çatıb. Aktivində 340 xal olan Şəhriyar Məmmədyarov 1-ci, 241,43 xala malik Teymur Rəcəbov isə 2-ci pillədə qərarlaşıb. 4-cü seriya 15 - 26 noyabrda İspaniyanın Palma de Malyorka şəhərində təşkil olunacaq.
ORXAN CƏFƏRZADƏ
- Baxış: 360