Azərbaycan Dövlət Aqrar Universitetinin bir qrup tələbisinə traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsi verilib. Vəsiqəni almaq üçün imtahanın təşkil edilməsinə.Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin “Səyyar Xidmət” qrupu Gəncəyə ezam olunub.
Cari ildə Universitetin Mühəndislik fakültəsinin nəzdində traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük kursları təşkil olunub. 120 tələbə qeydiyyatdan keçsə də kursu müvəffəqiyyətlə bitirən 70 nəfər sertifikat ala bilib. Həmin tələbələr üçün Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin “Səyyar Xidmət”i tərəfindən test üsulu ilə imtahanlar təşkil olunub. Elektron qaydada 10 sual təqdim edilib. Bundan 9-a doğru cavab verən tələbə yerindəcə sürücülük vəsiqəsi ilə təmin edilib.
Səməd Zeynalov mühəndislik fakültəsi I-ci kurs tələbəsi: Mən Sabirabad rayonundanam. Bizim rayon böyük kənd təsərrüfatı rayonudur. Belə ki, rayonda taxıl, pambıq yetişdirilir. Bundan ötrü də texnika tələb olunur. Bu texnikaları sürmək və idarə etmək üçün mütəxəssislər lazımdır. Bunları yetişdirmək üçün ADAU-da bu şərait yarandı. Imtahan verdim və sürücülk vəsiqəsini aldım
Səadət Xəlilova mühəndislik fakültəsi II-ci kurs tələbəsi:Uşaqlıqdan mexanizatorluğa böyük həvəsim vardı. Onun üçün burada təşkil olunan kurslara yazıldım. Diplomala bərabər sürücülük vəsiqəsi alıram və çox sevincliyəm.
Nübar Xəlilova mühəndislik fakültəsi III-cü kurs tələbəsi:Mexanizatorluğa böyük həvəsim olduğu üçün universitetimizəd təşkil olunan kurslara yazıldım. Məqsədim də 4 illik təhsilimi bitirdikdən sonra öz rayonumda mexanizator kimi Sevil Qazıyeva Tərlan Musayeva kimi fəaliyyət göstərməkdir.T, TK, TT və H kateqoriyaları üzrə sürücülük vəsiqəsi alan tələblər istehsalata hazır kadr hesab olunur.
Ağakişi Alıyev Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rəisi:Sevindirici haldır ki, indiyədək təxminən 30-40-a yaxın tələbələr imtahan verib. Onların da demək olar ki, hamısı 10 sualın 10-na da müsbət cavab verib. Bu da onların yaxşı hazırlandığına əyani bir sübutdur. Bundan sonra da hər il mühəndislik fakültəsinin tələblərinə sürücülük kurslarının təşkili səyyar qaydada həyata keçiriləcək.“Səyyar Xidmət” qrup bundan öncə Şamaxı və Şəkidə olub.
- Baxış: 1678