• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1313
— 17.07.2017 14:47

Ölkə ərazisində sərnişin və yük daşımaya məhdudiyyət tətbiq olundu

KepezTV Player

Gecə saat 12-dən səhər saat 5-dək magistral yollarda yük və sərnişin daşımasına məhdudiyyət qoyulub. Artıq bu gecədən etibarən Baş Dövlət Yol Polisi İdarəsi yeni qaydanın tətbiqinə başlayıb. Təbii ki ilk gün heç də səs küysüz ötüşməyib. Əməkdaşlarımız gecə baş verənlərə şahidlik edib.

Gecə saatlarında magistral yollarda ağır yol nəqliyyat hadisələrinin sayının artması və həmin qəzaların iştirakçıları arasında sərnişin eləcə də yük daşıyan nəqliyyat vasitələrinin çoxluğu yol polisini hərəkətə keçirib. Sərnişinlərin mənzil başına rahat və təhlükəsiz çatması, baş verə biləcək qəzaların qarşısını almaq üçün yük və sərnişin daşıyan nəqliyyat vasitələrinin gecə saatlarında hərəkətinə məcburi məhdudiyyətlər tətbiq olunub. Görüntülər Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 9-cu tağımının xidməti ərazisindəndir.

Yeni qaydanın tətbiqi yol üstündə olan sürücü və onların sərnişinləri tərəfindən heç də birmənalı qarşılanmayıb. Ancaq qəzaların qarşısının alınması baxımından məhdudiyyəti anlayışla qəbul edənlər də tapılıb.

Sərxan Qocayev sərnişin: Yəni sürücülər sükan arxasında yuxulayırlar. Qəza baş verir. Belə mən dəstəkləyirəm.

Səfər Babayev sərnişin: İşə gecikən var. Bir gün işdən qalanda çıxarırlar. Gecə saat 12-dən sonra camaatı burada düşürməyin nə yeri var. Problem sürücülərlədirsə onlarlada həll etsinlər.

Qayadalara əsasən hərəkətdə olan nəqliyyat vasitələri nəzərdə tutulan yerlərdə park edilməklə sürücüyə istirahət verilir. Sözügedən məhdudiyyət beynəlxalq daşıma ilə məşğul olan sürücülərə şamil edilmir.

Natiq Hüseyn