• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2096
— 15.07.2017 11:00

Gəncədə iki nəfərin həyatına son qoyan sürücü saxlanılıb (Yenilənib)

Gəncə şəhərinin polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində 2 nəfərin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsini törədərək hadisə yerindən qaçmış sürücü müəyyən edilərək istintaqa cəlb edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, iyulun 14-də saat 22 radələrində Gəncə şəhəri, Nizami küçəsində naməlum avtomobilin sürücüsünün yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq piyada - 1987-ci il təvəllüdlü Aynurə Abbasovanı və onun azyaşlı oğlu 2012-ci il təvəllüdlü Məhəmməd Abbasovu vurub hadisə yerindən qaçması və onların aldığı xəsarətlərdən ölmələri faktına görə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 263.3 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində yol nəqliyyat hadisəsinin “QAZ-3110” markalı, 32-BB-254 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şərifov İqbal Yaşar oğlu tərəfindən törədilməsində əsaslı şübhələr olduğundan o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

 

15-07-2017 07:38-ə olan xəbər: Gəncə şəhəri şəhərin Nizami Gəncəvi prospektində ana və uşağın ölümü ilə  nəticələnən yol qəzasının Göygöl rayon sakini 24 yaşlı İqbal Şərifov  tərəfindən törətdilməsi müəyən edilib.  Keçirilən əməliyyat axtarış tədfbirləri tədbirləri nəticəsində sürücü saxlanılaraq istintaqa təhvil verilib. Xatırladaq ki, ötən gün axşam saatlarında İqbal Şərifov idarə etdiyi “QAZ3110” markalı avtomobillə Nizami Gəncəvi prospektində hərəkətdə olarkən yolu keçmək istəyən 30 yaşlı Aynurə Abbasovanı və onun qucağında olan 5 yaşlı oğlu Məhəmmədi vurub. Qadın hadisə yerində övladı isə həyata keçirirlən təcili və təxirə salınmaz tibbi yardımlara baxmayaraq xəstəxanada dünyasını dəyişib. Hadisədən sonra qəzanı törədən sürücü İqbal Şərifov avtomobillə hadisə yerindən uzaqlaşaraq bir qədər aralıda Eminbəyli küçəsində maşını saxlayaraq qaçıb. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində o məsuliyyətdən yayına bilməyib. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Natiq Hüseyn