• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1926
— 13.07.2017 17:47

Gəncədə stadiona toxum səpdilər

KepezTV Player

Gəncə şəhər stadionunun əsas meydançasının ot örtüyünün dəyişdirilməsi prosesi davam edir. Son tamamlama işlərindən - qumla torfun qarışdırılaraq əraziyə verilməsi və gübrə tökülməsindən sonra ot toxumlarının səpilməsinə başlanıb. Hollandiyadan gətirilən toxumların əkilməsi xüsusi texnikalarla bir gün ərzində həyata keçirilib. Meydançaya səpini nəzərdə tutulan 2 çeşid ot toxumundan biri uğurla əkilib. Digər növün səpilməsi isə gələn aya planlaşdırılıb. Birinci mərhələdə meydana 160 kq toxum verilib. Səpin işlərindən sonra mütəxəssislər tərəfindən ərazi ciddi nəzarətə götürülüb, lazımı dərmanlar və gübrələr verilib. Bütün işlər yekunlaşdıqdan sonra meydança oktyabrda istifadəyə veriləcək.

Bu arada növbəti mövsüm öncəsi hazırlıq mərhələsinin ikinci hissəsində iyulun 15-dən 25-nə kimi Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışında olacaq “Kəpəz” 3 yoxlama oyununa çıxacaq. Yoldaşlıq görüşləri üçün Gəncə klubuna 7 rəqib təklif olunub. Bunlar “Samsunspor”, “Ərzurumspor”, “Hatayspor”, “Karacabəyspor”, “Urfaspor”, “Ankaragücü” və “Elazığspor” komandalarıdı. Yaxın günlərdə yoxlama qarşılaşmalarında sarı-göylərin rəqib qismində görmək istədiyi klubların adları bəlli olacaq.