• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1917
— 13.07.2017 16:44

Türk yazarlar Gəncədə toplaşdı

KepezTV Player

“Bir millət iki dövlət” adı altında türk millətinin sənət adamları bir araya gəlib. Özü də Gəncədə. Azərbaycan, Türkiyə, Kərkük, Türkmənistan və Qazaxıstandan olan 50-yə yaxın şair, yazar və rəssamların qatıldığı görüşdə əsas məqsəd türk dünyası mədəni əlaqələrinin genişlənməsi və inkişaf etdirilməsidir. Avrasya Sənət, Mədəniyyət, Ədəbiyyat və Elm Federasiyası və Azərbaycan Yazıçılar birliyinin təşkilatçılığı ilə Antalyadan başlayıb Gürcüstanda davam edən səfər Bakıda sona çatacaq.

Sayman Aruz Azərbaycan Yazıçılar Birliyinin şöbə müdiri: “Ədəbiyyat bir iqtisadi fabrik deyil ki, orada müəyyən iqtisadi gəlirlərə onu ölçəsən. Bəlkə də uzun müddətdə özünü göstərəcək bir hadisələrdir. Açığı biz bunun çox qısa müddətdə də faydalarını görürük. İstər Azərbaycana, istər Türk dünyasına, istərsə də Türkiyənin özünə. Xalq olaraq millət olaraq bu birləşməyə ciddi ehtiyacımız var. Bir növ qaynaşmalar baş verir. Nə qədər yazıçı, şairimiz gəlib iştirak edirlər. Söz sahibi olan insanlar sözlərini deməyə imkan tapırlar”.

Savaş Ünal Avrasya Sənət, Mədəniyyət, Ədəbiyyat və Elm Federasiyasının rəhbəri: “Harada bir türk varsa oraya gedib özləri ilə görüşmək mənədiyyətimizi və sənətimizi inkişaf etdirmək, ortaq işlər görmək üçün səy göstəririk. Azərbaycan bizim üçün önəmlidir. Bu bizim qrup halında 5-ci səfərimizdir. Dünyada bu günədək edilməmiş yaxud edilsə belə səfərlər dil və könül birliyini təmin etməyə hesablanıb. Çünki biz eyni soyun insanlarıyıq, hamımız qan qardaşıyıq. Bunu qoruyub saxlamaq üçün əlimizindən gələni edirik”.